Haqqımızda

“Le Plaisir” Qənnadı və Kulinariya butiklərini özündə birləşdirən ləzzətli səhifəmizə xoş gəlmisiniz! “Le Plaisir” fransız dilindən tərcümədə sevinc və həzz anlamını verir və bizim əsas məqsədimiz öz təamlarımızla sizin evlərinizə bu hissləri çatdırmaqdır. Bunun üçün məhsullarımızı həm ən keyfiyyətli inqridientlərdən hazırlayırıq, həm də içinə bir az da sevgi əlavə edirik.    

İlk dövrlərdə sadəcə qənnadı sahəsində fəaliyyətə başlayan butikimizin əsası
bu sahəyə dərin sevgisi olan və bu işin incəliklərinə bələd olan Dinara xanım
tərəfindən 2013 – cü ildə qoyulub. Daha sonra çoxsaylı istəklər nəzərə
alınaraq kulinariya qolu da əlavə olununub. Dinara xanım hər bir məhsulun
hazırlanmasına, hər bir yeni reseptin ərsəyə gəlməsinə qəlbən yanaşmış və
bunu da alıcılarımız hər zaman hiss edib və dəyərləndirib. Onun əsas prinsipi
evdəki kimi rahatlığı hiss etdirmək və evdəki kimi dadlı şirniyyat və yeməkləri
alıcılara təqdim etmək olmuşdur.Təəssüf ki, 2019 cu ildə biz Dinara xanımı
itirdik.
Hal hazırda butiklərimizdə hazırlanan bütün məhsulların eyni ilk günki kimi
keyfiyyətli, dadlı və gözoxşayan olmasına Nərgiz xanım nəzarət edir. Nərgiz
xanım uzun illər Dinara xanımla bərabər çalışıb və onun sevdasının,
yaradıcılıq ilhamının varisidir.
sub-img1
sub-img2
Bu səhifədə Sizə butun şirniyyat növləri və yemək çeşidlərimiz təqdim olunur
və nəzərinizə çatdırmaq istərdik ki, peşəkar qənnadçılarımız və aşpazlarımız
ən əlçatmaz arzularınızı həyata keçirməyə hazırdır.
Açıldığı gündən şəhərimizin şirniyyat və dadlı yemək sevən sakinlərinin ən
sevimli yerinə çevrilmiş butiklərimiz öz tətbiqetməsi ilə də xidmətinizdədir.
Bundan başqa, sizə daha yaxın olmaq üçün şəhərimizin bir neçə yerində satış məntəqələrimiz fəaliyyət
göstərir. Daha ətraflı məlumatı bizim social media hesablarından ala bilərsiniz @leplaisir_baku, @leplaisir_kulinariya